Dünya 

Somalidə diplomatik nümayəndəliklər yerləşdiyi məhəllə atəşə tutulub

Somalinin paytaxtı Mogadişonun bir sıra Qərb dövlətlərinin səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndəliklərinin yerləşdiyi məhəlləsi minaatanla atəşə tutulub.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Somali Guardian xəbər portalı bildirib.

Məlumata əsasən, zərbə Halane möhkəmləndirilmiş düşərgəsi olaraq bilinən bölgəyə endirilib, Somalidəki Afrika Birliyi Sülhməramlı Missiyasının iki hərbi qulluqçusu yaralanıb. Bir sıra nümayəndəliklərin ofisləri və nəqliyyat vasitələrinə də ziyan vurulub.

Ölkə höküməti atəş açmaqda “Əş-Şabab” terror qruplaşmasını günahlandırıb.

Daha çox xəbərlər