Dünya 

Türkiyədə koronavirusdan sağalanların sayı 2,64 milyon nəfəri ötüb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 66 nəfər dünyasını dəyişib.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 29 160 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 13 755 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 807 387 nəfərə çatıb.Qeyd edilib ki, ötən gün koronavirusdan 8 639 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 640 669 nəfər təşkil edir.

Daha çox xəbərlər