Hadisə 

Bakıda iki nəfəri avtomobil vurub

Bakının Nərimanov və Sabunçu rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, hadisə Nərimanov rayonunda Baksol kimi tanınan ərazidə baş verib.

1962-ci il təvəllüdlü Əliyev İlqar Şirzad oğlu yolu keçmək istəyən zaman onu avtomobil vurub.

Digər bir yol-nəqliyyatı hadisəsi isə Bakıxanov qəsəbəsində baş verib.

1968-ci il təvəllüdlü Nağıyeva Kəmalə Kamal qızı yolu keçmək istəyərkən onu avtomobil vurub.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daha çox xəbərlər