Bu bitkilər min bir dərdin dərmanıdır
Bitkilərin bədənimizə, ruhumuza, görünüşümüzə təsirləri artıq tibbi olaraq da sübut edilib. Həmin bitkilər haqqında topladığımız məlumatları təqdim edirik
Çobanyastığı
Sızanaq və ekzemaya qarşı faydalıdır. Ənənəvi olaraq sinirləri sakitləşdirmək və rahat yuxu üçün faydalıdır.
Lavanda
Kompres və ya lasyon olaraq istifadəsi yaraların, çibanların müalicəsində müsbət nəticə göstərir. Qaraciyərin təmizlənməsinə kömək edir. Bu xüsusiyyəti ilə qaraciyər çatışmazlığı, hepatit B və C, sarılıq kimi xəstəliklərdə faydalıdır.
Əməköməci
Dəridə meydana gələn qızartıları, qaşıntıları və müxtəlif dəri xəstəliklərinin müalicəsin kömək ola bilər. Bu ot, həmçinin selikli qişa iltihablarında, qastrit, sidik kisəsi iltihabı və ağız boşluğu iltihabında olduğu qədər, mədə və bağırsaq xəstəliyində də istifadə edilə bilər.
Gicitkan
Dəri xəstəliklərinin böyük hissəsinə, xüsusilə egzemanı müalicə edir. Gicitkan saç tökülməsinin qarşısını alır, həmçinin dərinin yağlılığını aradan götürərək, canlanmasına səbəb olur.
Kəklikotu
Kəklikotunun xaricdən istifadəsi ağrıların azaldılmasına,mədə ağrılarına, yaraların və kəsiklərin qısa müddətdə sağalmasına kömək edir.
İhlamur
Dərini yumşaltma, təmizləmə və dəridə meydana gələn qırmızı ləkələri yavaş-yavaş azaltmaq xüsusiyyətinə malikdir. Qeyd edək ki,saçı tökülən insanlar ihlamurdan istifadə edə bilərlər.
Pərpətöyün
Deyilənlərə görə, bu ot saçın daha sürətli uzanmasına, kəpəyin qarşısını almağa kömək olur. Mikrob öldürücü və yaxşı bir nəmləndirici olduğu bilinməkdədir.

