Sosial 

Yeni şəxsiyyət vəsiqəsi ilə bağlı YENİLİK – Aprelin 1-dən qüvvəyə minəcək

Türkiyə və Azərbaycan arasında yeni tip şəxsiyyət vəsiqələri ilə səfərlərin başlanacağı tarix açıqlanıb.

ARANTV.AZ-ın “Report”a istinadən verdiyi məlumata görə, Türkiyənin Baş Polis İdarəsindən bildirilib ki, bununla bağlı qərar aprelin 1-dən qüvvəyə minəcək.

“İki dövlət, bir millət! Türkiyə ilə Azərbaycan artıq daha yaxındır… İki ölkə vətəndaşları 2021-ci ilin aprelin 1-dən etibarən yeni tip şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət həyata keçirə biləcəklər. Vizasız qalma müddəti 30 gündən 90 günədək artırılıb”, – qurumdan bildirilib.

Daha çox xəbərlər