Hadisə 

Paytaxtda yük avtomobili aşdı: Yol bağlandı – FOTO

Biləcəri dairəsi yaxınlığında yük avtomobili aşdığından Moskva prospektindən bu istiqamətdə gələn nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki, avtomobillər Bakı-Sumqayıt yoluna yönləndirilir:

“Bu səbəbdən də paytaxtdan Xırdalan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Mövcud vəziyyətdə bu istiqamətdə müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkətində də çətinliklər yaranıb”.

Daha çox xəbərlər