Bayram günlərində restoranlar və gözəlik salonları İŞLƏYƏCƏK? – AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdığından kafelərin, restoranların və gözəlik salonların yenidən bağlanması ilə bağlı fikirlər səsləndirilir. Restoranlar və gözəlik salonları yenidən bağlanılır?
Bununla bağlı Sonxeber.az-a danışan dosent Ədalət Rüstəm bildirib ki, son günlər yoluxanların sayının artması narahedicidir:”Dünən artıq yoluxanların sayı 980 olub. Bu qorxulu rəqəmdir. Bayram günlərində yoluxanların sayında artım olması gözləniləndir. Çünki insanlarımız bayramı bir yerdə qeyd etmək üçün qohumlarının və yaxınlarının evinə gedir. Bu da kütləvi toplaşmaya və yoluxanların sayının artmasına səbəb olur. Ona görə də vətəndaşlarımız diqqətli olmalı, yoluxanların sayını artıracaq addımlar atmamalıdır. Düşünürəm ki, yoluxanların sayında artım davam edərsə yenidən qapadılamalara gedilə bilər. Əvvəlki dövrlərdə olduğu kimi yoluxanların sayını artmasına səbəb olan müəssisələr, restoranlar və gözəlik salonları bağlana bilər. Əlbəttə karantin rejimi ilə bağlı qərar qəbul etmək Operativ Qərargahın səlahiyyətindədir. Düşünürəm ki, yaxın günlərdə Operativ Qərargah vəziyyəti analiz edib müvafiq qərar qəbul edəcək. Vətəndaşlarımızdan xahiş edirik ki, yoluxmaların sayını artıracaq addımlar atmaqdansa, karantin qaydalarına ciddi şəkildə əməl etsinlər.

