Prezident İlham Əliyev: “Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb”
Görün şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev martın 16-da növbəti dəfə Şuşa şəhərində olarkən deyib.
Dövlət başçısı bildirib:
“Keçən dəfə yanvar ayında gəlmişdik. Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytardıq. Bu gün bir daha Şuşaya gəlmək insana böyük zövq verir. Sol tərəfdə Şuşanın qarlı, dumanlı dağlarıdır.
Vaqifin məqbərəsində tezliklə bərpa işləri başlanacaq. Məqbərənin əvvəlki görkəmi bərpa ediləcək. Bu gün bərpa işlərinə start veriləcək.
Məscidlərin bərpası ilə bağlı artıq müvafiq göstərişlər verildi. İlkin araşdırmalar başlanıldı və yaxın gələcəkdə layihə təqdim ediləcək.
Şuşa bütün mövsümlərdə gözəldir.
Bulaqları da bərpa edəcəyik. Otuz il ərzində ermənilər bütün bulaqlarımızı qurudublar. Görün, şəhər nə gündədir, düşmən Şuşanı nə günə salıb”.

