Ermənistan “Metsamor”un istismar müddətini 2036-cı ilədək artırmaq istəyir
Ermənistan Metsamordakı atom elektrik stansiyasının (AES) istismar müddətini 2036-cı ilədək uzatmaq niyyətindədir.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu stansiyanın baş direktoru Movses Vardanyan deyib.
O bildirib ki, 2015-16-cı illərdə AES-in fəaliyyət müddətinin uzadılması ilə bağlı müəyyən işlər görülüb.
Hazırda stansiyanın fəaliyyətdə olan ikinci reaktoru 1980-ci ildə istifadəyə verilib və 2026-cı ildə istismar müddətini başa vurmalıdır.

