Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür – Prezidentin köməkçisi
Test istənilən ştammı müəyyən edir. Ola bilər ki test verən zaman nəticə neqativ olsun ya da testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin və test müsbət göstərsin.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu sözləri Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
O bildirib ki, Britaniya ştammının hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür:
“Çünki ştammlar bütün dünyaya yayılır. Necə ilkin ştam yayılıb digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, Britaniya ştammına uyğun olaraq yerli Azərbaycan ştammı da yayıla bilər”.

