Hadisə 

Yevlaxda yük maşını qəza törədib, xəsarət alanlar var

Yevlaxda yük maşını minik avtomobili ilə toqquşub.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hadisə magistral yolun Yevlax şəhərindən keçən hissəsində, yol dairəsində baş verib.

“Shacman” markalı yük maşını “VAZ 2115” markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan “VAZ”-ın iki sərnişini – Göyçay rayon sakinləri, 1968-ci il təvəllüdlü Salahov Habil Taleh oğlu və 1985-ci il təvəllüdlü Ağayev Nicat Azər oğlu Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər