Dünya 

Britaniyada beynəlxalq səyahət məhdudiyyətləri iyul ayına qədər uzadılacaq

Böyük Britaniyada beynəlxalq səyahət məhdudiyyətləri iyul ayına qədər uzadılacaq.

ARANTV.AZ  AZƏRTAC-a istinadən bildirir ki, koronavirus epidemiyasına qarşı mübarizə çərçivəsində tətbiq olunan beynəlxalq səyahət məhdudiyyətlərinin iyul ayına qədər uzadılacağı və qaydaları pozaraq ölkəni tərk etmək istəyənlərin 5 min funt sterlinq cərimə ödəyəcəyi açıqlanıb.

Yalnız iş, təhsil, sağlamlıq səbəbləri və fövqəladə hallar baş verərsə səyahətlərə icazə verilir. Turist səfərləri isə qadağandır.

Daha çox xəbərlər