Hadisə 

Göyçayda itlərin hücumuna məruz qalan şagird vəfat etdi – FOTO

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlər hücum edib.

ARANTV.AZ  xəbər verir ki, rayonun Qarabaqqal kənd sakini, 2006-cı il təvəllüdlü Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib.

Kənd məktəbinin 10-cu sinfində təhsil alan A.Ömərov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

“Qafqazinfo”

Daha çox xəbərlər