Azərbaycanda evdə işgəncələrdən bezən qız özündən 20 yaş böyük kişi ilə evləndi – FOTO
Azərbaycanda 17 yaşlı qız 37 yaşlı kişiyə ərə verildi.
ARANTV.AZ xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə müraciət edən və anasını axtaran qadın deyib.
O, bildirib ki, 37 yaşlı kişi ilə evlənməsinin əsas səbəbi evdəki zülmlərdən canını qurtarmaq olub:
“Ögey anamız bizi döyürdü, işgəncələr verirdi. Atamın heç nədən xəbəri yox idi. Mənin 6 yaşım olanda atam bacımla məni anamdan ayırıb Azərbaycana gətirdi. Zorla atam bizi anamdan ayırdı. Mən 37 yaşlı kişi ilə ailə qurmağı xilas hesab etdim. Ailə qurduğum kişinin uşağı olmurdu. Amm bu gün 3 oğlumuz var, xoşbəxt yaşayırıq”.


