Gündəm 

Yol polisi sürücüdən rüşvət alıb? – RƏSMİ AÇIQLAMA – (VİDEO)

DYP Şəmkirdə yol polisinin rüşvət alması ilə bağlı yayılan videoya münasibət bildirib.

ARANTV.AZ bildirir ki, Məsələ ilə bağlı Baş Dövlət Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Unikal.org-a bildirib ki, yol polisinin sürücüdən rüşvət alması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bununla bağlı araşdırma aparılıb. Nəticədə polisin “KamAz” markalı yük avtomobilinin sürücüsündən rüşvət alması faktı təsdiqini tapmayıb. Nəqliyyat vasitəsinin sürücüsü yük daşıma qaydalarını pozduğuna görə posta dəvət olunub, onun barəsində inzibati protokol tərtib olunub. Sürücü inzibati məsuliyyətə cəlb edilib”.

Daha çox xəbərlər