Ucar rayonunda şok: 12 yaşlı yeniyetmə intihar etdi
Ucar rayonunda 12 yaşlı yeniyetmə intihar edib.
ARANTV.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Küçəkənd kədində qeydə alınıb.
Belə ki, 2009-cu il təvəllüdlü kənd sakini Eyyubov Kamal Ehtiram oğlu yaşadığı evin tövləsində özünü asıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə aparılıb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

