Türkiyədə bütöv məhəllə karantinə alındı
Türkiyədə koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində bütöv məhəllə karantinə alınıb.
ARANTV.AZ unikal.org-a istinadən bildirir ki, Van şəhərinin Gürpınar ilçəsinin Otbiçer məhəlləsində karantin elan edilib.
Bildirilib ki, ümumilikdə 804 sakinin yaşadığı məhəllədə 6 nəfərin COVID-19-a yoluxması qərarın verilməsinə səbəb olub. Jandarm qüvvələri məhəllənin bütün giriş-çıxışlarını nəzarətə götürüb.

