Külək Bakıda qarajın damını uçurdu – FOTO

Külək Bakıda qarajın damını uçurdu – FOTO

Küləkli hava şəraiti Qaraçuxur qəsəbəsində bir sıra fəsadlar yaradıb.

ARANTV.AZ-ın məlumatına görə, Qaraçuxur qəsəbəsində güclü külək ərazidəki ağacları qırıb, işıq dirəklərini aşıraraq yararsız hala salıb.

Ərazidəki qarajlardan birinin dam örtüyü uçub. Yola düşən dam örtüyü nəqliyyatın hərəkətini iflic edib.