Gündəm 

Bərdədə jurnal təqdimatı olub-FOTOLAR

Aprelin 8-də 4 saylı Bərdə şəhər Tam Orta Məktəbində yazar Leyla Məmmədovanın müəllifliyi ilə ərsəyə gəlmiş Böyük Qayıdış jurnalınını təqdimatı keçirilib. Müəllif Leyla Məmmədova bildirib ki, jurnal ümummilli liderin fəaliyyətindən və ondan sonrakı Azərbaycanın uğurlarından bəhs olunur. Jurnalın təqdimatına qatılan İctimai Televiziyanın Qarabağ üzrə bölgə müxbiri Şöhrət Eyvazov jurnalla tanış olduğunu qeyd edərək müəllifin əməyini yüksək qiymətləndirib.
Daha sonra Bərdə rayon Təhsil Şöbəsinin müdir əvəzi Ədalət İsmayılov, 4 saylı Bərdə şəhər Tam Orta Məktəbin direktoru Tofiqə Məmmədova, hüquq üzrə ekspert İsmayıl Zalov, Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərov da müzakirəyə qoşulublar.
Jurnal haqqında fikirlərini bölüşən müəllimlər öz müsbət fikirlərini söyləyiblər.
Sonda bir daha qeyd edək ki, jurnal tədbir iştirakçılarının böyük marağına səbəb olub. Müəllifin əməyi yüksək qiymətləndirilib. Dövlətçiliyimiz üçün dəyərli hədiyyə adlandırılıb.

Daha çox xəbərlər