Dünya 

Əfqanıstanda ard-arda partlayışlar olub

Əfqanstanın şimal-qərbindəki Herat şəhərində qaz obyektində ard-arda partlayışlar baş verib.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisədən sonra güclü yanğın başlayıb.

Yanğının qarşısının alınması üçün çoxlu sayda yanğınsöndürən briqada cəlb olunub.

Hər hansı itkilər barədə məlumat verilməyib.

Daha çox xəbərlər