Dünya 

Həkim paltarında COVID-19 xəstəsini qarət etdilər

Fransanın paytaxtı Paris yaxınlığında yaşayan və koronavirusa yoluxduğu üçün özünü evə təcrid edən 53 yaşlı bir kişi oğurluq faktının qurbanına çevrilib.

ARANTV.AZ APA-ya istinadən bildirir ki, onun evinə soyğunçular girib. Hətta cinayətkarlardan biri tibb işçisi kimi geyinərək zərərçəkmişi aldadıb.

Evə gələnlər 53 yaşlı kişinin əl-qolunu bağlayaraq, evdə olan pulların yerini göstərməsini tələb ediblər. Mənzil sahibi cinayətkarların tələbini yerinə yetirib. Hadisə yerini tərk edərkən onlar bütün mebelləri antiseptik maddə ilə də siliblər.

Daha çox xəbərlər