Dünya 

Vaşinqton qoşunları Əfqanıstandan çıxarmaq niyyətini təsdiqləyib

ABŞ Prezidenti Cozef Bayden sentyabrın 11-dək Amerika qoşunlarını Əfqanıstandan çıxarmaq niyyətindədir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu Əfqanıstandakı vəziyyətə həsr olunan xüsusi brifinq zamanı Vaşinqton administrasiyasının yüksəkvəzifəli nümayəndəsi deyib.

Nümayəndə bildirib: “Biz mayın 1-dən heç bir şərt irəli sürmədən Əfqanıstandan qoşunların nizamlı çıxarılması prosesinə başlayırıq və sentyabrın 11 hadisələrinin 20-ci ildönümünədək ölkədəki bütün hərbçiləri çıxarmağı planlaşdırırıq”.

Onun sözlərinə görə, Vaşinqton “Taliban” radikal hərəkatını amerikalı hərbçilərə hücumdan çəkinməyə çağırıb: “Biz taliblərə qoşunların nizamlı və təhlükəsiz çıxarılması zamanı amerikalı hərbçilərə edilən istənilən hücuma qətiyyətlə cavab verəcəyimizi bildirmişik”.

Vaşinqton administrasiyasının nümayəndəsi ABŞ-ın terrorizmə qarşı mübarizə aparmaq üçün regionda yetərincə hərbi kontingent saxlayacağını da bildirib.Amerika icra hakimiyyətinin nümayəndəsi əlavə edib ki, ABŞ terrorizmə qarşı mübarizə aparmaq üçün regionda lazımi hərbi kontingent saxlayacaq.

Daha çox xəbərlər