Dünya 

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində 12 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb. Milli.Az bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 447-yə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 513 xəstə sağalıb.

Ölkədə 298 aktiv koronavirus xəstəsi var ki, onlardan da 6-nın vəziyyəti ağır qiymətləndirilir.

Daha çox xəbərlər