Dünya 

İranın nüvə sazişi üzrə iclasın vaxtı dəyişdirilib

İranın nüvə sazişi üzrə Birgə Komissiyanın iclasının vaxtı dəyişdirilib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Araqçı deyib.

Onun sözlərinə görə, danışıqlar aprelin 15-i keçiriləcək:

“Əvvəlki proqrama əsasən, “4+1″ formatında nüvə sazişi üzrə danışıqlar aprelin 14-ü keçirilməli idi. Lakin Avropa İttifaqının siyasi məsələlər üzrə nümayəndə heyətinin bir üzvünün koronavirusa yoluxması və tibbi protokollara riayət etmə ehtiyacı səbəbiylə bu iclas aprelin 15-i keçiriləcək”.

Daha çox xəbərlər