Sosial 

Nazir Gəncənin polis rəisinə köməkçi təyin etdi

Daxili işlər Nazirliyində daha bir kadr islahatı aparılıb.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Füzuli Şıxıyev Gəncə polisinin rəisi, general-mayor Teymur Hacıyevə köməkçi təyin edilib.

O, bundan əvvəl Kəpəz Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.

Daha çox xəbərlər