Vaksin olunan şəxslər qaydalara əməl etməyə bilər?- AÇIQLAMA
Ölkə ərazisində yanvar ayından başlanan vaksinasiya prosesi hələ də davam edir. Artıq 1 milyondan çox insan vaksin olunub.
Çoxlarını maraqlandıran suallardan biri də vaksin olunan şəxslərə hər hansısa güzəştlərin olacağı ilə bağlıdır.
Mövzu ilə əlaqədar tibb elmləri doktoru, professor Adil Qeybulla BiG.AZ-a açıqlama verib:
“Vaksinasiya olunan şəxslərə hələlik heç bir güzəştdən söhbət getmir.
Hələ ki vaksinasiyanın effektliyi ilə bağlı birmənalı məsələlər ortaya qoyulmayıb. Bəzi mənbələr deyir ki, Çin vaksini 50 faiz civarında effektlidir. Bu da o deməkdir ki, 50 faiz vaksin olunan şəxslər ola bilsin ki yenidən xəsətəliklə üz-üzə qala bilərlər.
Hələlik hər hansısa bir güzəştdən söhbət getmir. Ancaq bir müddət sonra buna baxıla bilər.”

