Azərbaycan neftinin idxalçısı olan Hindistan İtaliyaya rəqibdir – FOTO

Azərbaycan neftinin idxalçısı olan Hindistan İtaliyaya rəqibdir – FOTO

2021-ci ilin mart aylarında Azərbaycanın xam neft və neft məhsulları İtaliya, Hindistan, İspaniya, İsrail, Böyük Britaniya, Belarus və Türkiyəyə ixrac olunub.

ARANTV.AZ-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, idxal həcminə görə İtaliya, Hindistan və İsrail xüsusilə seçilib.

Ümumilikdə ilin üç ayı ərzində ölkəmiz xaricə 7 milyon 47,4 min ton həcmində (2 milyard 664 milyon 616,3 min dollar dəyərində) xam neft və neft məhsulu ixrac edib.

Üç ayın ixrac həcminə görə, ən çox İtaliya – 3 milyon 630,3 min ton (1 milyard 358 milyon 153,3 min dollar dəyərində), Hindistan – 845 min 590,5 ton həcmində (346 milyon 185,4 min dollar dəyərində), İspaniya 517 min 887,6 ton (179 milyon 876,6 min dollar dəyərində) idxal həcmi ilə öndədir.

Yanvar-mart ayları ərzində ən çox xam neft və neft məhsulu ixrac etdiyimiz 16 ölkənin siyahısı:

Təkcə mart ayının mənzərəsinə nəzər saldıqda isə Azərbaycandan 7 ölkəyə xam neft və neft məhsulları ixrac edilib. Ötən ay həcminə görə Azərbaycan ən çox İtaliyaya – 700 min 254,6 ton, Hindistana – 271 min 556,6 ton, İsrailə – 183 min 491,7 ton, Belarusa – 90 min 730,6 ton, Böyük Britaniyaya – 90 min 427,1 ton, İspaniyaya – 10 min 481,5 ton, Türkiyəyə – 6 min 205,3 ton xam neft və neft məhsulu satıb.

Mart ayı ərzində Portuqaliyaya, Ukraynaya, Çinə, Xorvatiyaya, Almaniyaya, Rumıniyaya, Avstraliyaya, Tunis və Rusiyaya müvafiq məhsul növü üzrə ixrac baş tutmayıb.