Dünya 

Ermənistanda müxaliflər özlərini hökumət binasına qandalladılar – VİDEO

Ermənistanda “Azataqrum” (“Qurtuluş”) hərəkatından olan bir qrup müxalifət fəalı Baş nazir Nikol Paşinyanın və Nazirlər Kabinetinin digər üzvlərinin hökumət binasına girişinin qarşısını almaq üçün özlərini qapıya qandallayıblar.

TASS-ın məlumatına görə, polis aktivistləri saxlamağa başlayıb.

Etirazçılardan biri “Paşinyan və tərəfdarları binaya girməməlidir”, – deyə bildirib.

Daha çox xəbərlər