Çörəyin qiyməti qalxır? – AÇIQLAMA
Qarşıdan yeni mövsüm gəlir. Ərzaq məshullarının qiymətlərində hansı dəyişikliklərin olacağı ilə bağlı sual çoxlarını düşündürür. Hər kəsi maraqlandıran suallardan biri də çörəyin qiymətində dəyişikliyin olacağı ilə bağlıdır.
Mövzu ilə əlaqədər iqtisadçı ekspert Akif Nəsirli Sonxeber.az-a açıqlama verib:
“Hazırda Azərbaycanın daxili bazarı ərzaq buğdasına görə xarici bazardan asılıdır. Ötən həftəyə qədər dünya bazarında ərzaq buğdasının qiyməti artmaqda davam edirdi. Ancaq artıq 2-ci həftədir ki, dünya bazarında şəkər və buğdanın qiyməti bir qədər sabitləşib.
Nəzərə alsaq ki, Azərbaycanda 2 aylıq ehtiyat buğdası var, mövsümün başlanğıcına qədər müxtəlif tədbirlərlə çörəyin qiymətini sabit saxlamaq mümkündür. Bütün bunlara əsaslanaraq, bunu deyə bilərik ki, çörəyin qiyməti qarşıdakı aylarda, mövüsmə qədər sabit qalacaq.
Mövsüm başlayandan sonra artıq ərzaq buğdasının yarıya qədərini ölkə daxilində istehsal edirik. Nəzərə alaq ki, bu il işğaldan azad olunmuş ərzailərdə 10 min hektardan çox ərzaq buğdası əkilib. Bu da onu deməyə əsas verir ki, bizim bu il çörəyin qiymətini sabit saxlanılmasında imkanlarımız ötən illərdəkindən daha çoxdur”.

