Sosial 

Xalq şairi: “Hüseynbala müəllim yaxşı kişidir, buna görə onu qınamağa dəyərmi?”

Xalq şairi Nəriman Həsənzadə ötən gün sosial şəbəkələrdə yayılan hakim Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun xanım köməkçisinə qarşı qeyri-etik videogörüntüsündən danışıb.

ARANTV.AZ xəbər verir ki, Nəriman Həsənzadə demokrat.az-a açıqlamasında Hüseynbala Mirələmovun sözügedən videosundan xəbərsiz olduğunu bildirib.

O, Hüseynbala Mirələmovun ziyalı olduğunu deyib:

“Mənim Hüseynbala Mirələmova böyük hörmətim var. Hüseynbala müəllim çox yaxşı kişidir. O deputat idi, həm də YAP-ın Xətai rayon təşkilatının sədridir. O, yaxşı yazıçıdır. Görünür kimsə onunla zarafat edib. Buna görə onu qınamağa dəyərmi?”.

Daha çox xəbərlər