Vətən sevdalıları unudulmur
Artıq Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən oğulların qanı, canı bahasına erməni dığaların əsiri olan Odlar yurdu, Qəhrəmanlar beşiyi Azərbaycanın əzəli, müqəddəs torpağı Qarabağ elləri azad nəfəs alır. Vətən torpaqların bu azad günlərə qovuşmasında Masallı rayonunun Viləş kəndindən olan şəhid qardaşlar- İntiqam və Nurlan Əsgərlilərin payı daha çoxdur. Nurlan Aprel döyüşlərində tarix yazaraq əbədiyyətə qovuşub. İntiqam isə 44 günlük İkinci Qarabağ müharibəsində haqq savaşımızda şəhid olub və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb. İndi bu şəhid qardaşların adı dillərdən düşmür. Onların doğulduğu ailə ocağını masallılar özlərinə and yeri seçiblər. Demək olar ki, ailəni ziyarət etməyə bu, müqəddəs ocağa hər gün gələnlər olur.
Bu günlərdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri T. Əkbərov, Masallı Rayon Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatının sədri S. Eyvazov, şöbənin əməkdaşları şəhid qardaşların ailəsində olmaqla, ailəyə həmişə dayaq durmağa söz vermişlər. Həm də görüş zamanı şəhid qardaşların Vətən uğrunda keçdiyi şərəfli döyüş yolunun gənc nəslə nümunə olduğu bildirilib, onların şərəfli amal naminə bu zirvəyə ucaldıqları və öz canları bahasına 30 il erməni dığaların tapdağı altında olan Qarabağın işğaldan azad etdikləri vurğulanıb.
Zəfər Orucoğlu
Azərbaycan Jurnalistlər Birliyini üzvü

