Sosial 

Şəhidin adına park salınıb

Eşqin Cəfərzadə.  İndi bu ad Lənkəran rayonunda  insanların dilindən düşmür. Eşqin Vətən, torpaq yolunda şəhid olaraq bütün lənkəranlıların başını uca etməklə xalqın qürur yerinə çevrilmişdir. 1997-ci il aprelin 20-də Lənkəranın  Darquba kəndində dünyaya göz açmış elin bu qəhrəman oğlu 2016-ci il Aprel  döyüşlərində erməni dığalarına yaxşı dərs verir. Lələ-təpə, Talış kəndlərin geri alınmasında yüksək  şəxsi rəşadət, şücaət nümayiş etdirir.

Eşqin Vətən müharibəsinə könüllü gedir. Topçu və manqa komandiri kimi, bu  44 günlük haqq savaşımızda erməni dığalarına döyüş meydanında qan qusdurur. Füzulidə, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Qubadlıda Vətən, torpaq naminə əzab-əziyyətli, ölümlü yollardan keçir. Müqəddəs Qarabağ torpaq qarış-qarış  yağı düşmən tapdağından  azad edildikcə  sevdalandığı Vətənə  daha ürəkdən bağlanır, yeni zəfərlərə doğru can atır. Vətənə son sevgisini  Qubadlı rayonunda verir.  Oktyabrın 21-də son nəfəsə qədər döyüş meydanında olur, çoxlu sayda erməni dığasını məhv edir, özü də şəhidlik zirvəsinə ucalır.

İndi Lənkəran  elinin igid oğlu Eşqin ürəklərdə yaşamaqla, daha uca görünür. Ən əsası cismən aramızda olmasa da, insanların ona sevgisi sonsuzdur. Dövlət də öz qəhrəmanını  “Vətən uğrunda”, “Cəbrayılın  azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə  təltif etmişdir.

Lənkəran rayonunda  Eşqinin doğma kəndi Darqubada  onun adına park salınıb. Kənd sakinlərinin təşəbbüsü ilə salınan parkda şəhid əsgərin xatirə barelyefi qoyulub.  İndi insanlar buraya Vətənə sevgi dolu ürəklə gəlir,  Eşqinlə fəxr edirlər.

 Zəfər Orucoğlu

Azərbaycan Jurnalistlər Birliyinin  üzvü

Daha çox xəbərlər