Saatlıda yol qəzası olub, xəsarət alanlar var
Saatlıda ağır yol qəzası baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə bu gün səhər saatlarında Telmankənd kəndində qeydə alınıb.
İlkin məlumata görə, traktorla “VAZ-2107”-nin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Qəza ilə əlaqədar hüquq-mühafizə orqanları hadisə yerinə cəlb edilib.
Yaralıların şəxsiyyəti dəqiqləşdirilir
Faktla bağlı araşdırma aparılır.“Report”

