35 qadını aldadıb özünə 1500 manatlıq hədiyyə aldırdı, onlar isə birləşib…- VİDEO
Yaponiyada 39 yaşlı Takasi Miyaqava bir çox xanımlara qarşı fırıldaqçılıqda ittiham olunaraq həbs edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə “Soranews24” yazır.
Belə ki, Miyaqava şəbəkə marketinqi ilə məşğul olan şirkətdən aldığı duş başlıqlarını satmağa çalışarkən öz “qurban”ları ilə tanış olurdu, həmin qadınları onlarla evlənəcəyinə inandırırdı. Daha sonra isə “sevgili”lərindən ona ad günü hədiyyəsi almalarını xahiş edirdi, özü də hər birinə fərqli tarix deyirdi.
Nəhayət, 35 aldadılmış qadın fevral ayında birləşərək Miyaqavanı polisə şikayət ediblər. Onlar fırıldaqçıya geyim və hədiyyə almaq üçün azı 100 min yen (azı 1500 manat) xərclədiklərini iddia ediblər.
Zərər çəkənlərin sayının daha çox olduğu istisna edilmir.

