Koronavirusla bağlı ŞAD XƏBƏR: Bu ilin sonunda…
Düz 6 il əvvəl dünyaya pandemiya xəbərdarlığı edən Microsoft şirkətinin qurucusu Bill Gates, epidemiyanın gedişi ilə bağlı mühüm açıqlamalar verib.
ARANTV.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, koronavirusa qarşı başladılan layihələrə milyonlarla dollar dəstəyi ilə tanınan Gates qatıldığı televiziya proqramında “Həyat nə vaxt normallaşacaq?” sualına cavab verib.
İlk dəfə 2019-cu ilin son günlərində ortaya çıxan koronavirus hazırda bütün dünyanın ən qlobal problemi olmaqda davam edir. Pandemiyanın ilk günündən bəri virus dünya miqyasında 150 milyondan çox insana yoluxub və 3 milyondan çox insanın həyatına son qoyub.
COVID-19 peyvəndlərinin sürətlə yayıldığını vurğulayan Bill Gates, 2022-ci ilin sonunda həyatın normallaşmasını gözlədiyini bildirib.
Qeyd edək ki, ilk dəfə Bill Gates 2015-ci ildə dünyada belə bir pandemiyanın olacağı barədə açıqlama vermişdi.

