Sosial 

DİN-dən həkimin xəstəni döyməsi iddiasına REAKSİYA – VİDEO

Daxili İşlər Nazirliyi Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkimi Sona Hüseynovanın vətəndaşı döyməsi ilə yayılan videoya münasibət bildirib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a açıqlamasında bildirib ki, Tovuz rayon sakini Fərid Yusifov Tovuz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayon xəstəxanasında həkim-psixoloq işləyən Sona Hüseynova tərəfindən döyülməsi ilə bağlı müraciət edib:

“Vətəndaşın müraciəti əsasında RPŞ-in Təhqiqat Bölməsində araşdırma başlanılıb, ekspertiza təyin olunub. Ekpertizanın rəyindən sonra araşdırılması üçün toplanan material rayon prokurorluğuna göndəriləcək”.

Daha çox xəbərlər