Dünya 

Bu ölkədə pis dondurma satmaq QANUNLA QADAĞAN OLACAQ

İtaliyada hökumət sıxılmış hava vasitəsilə dondurmanı daha həcmli göstərən satıcılarla mübarizə aparmaq qərarına gəlib. Bu yolla ölkə özünün dünyaca məşhur “celato” (“gelato”) desertinin adını qorumağa çalışır.

Bu ölkədə pis dondurma satmaq QANUNLA QADAĞAN OLACAQARANTV.AZ  xəbər verir ki, bu barədə “The Sidney Morning Herald” yazır.

Belə ki, məhsulun keyfiyyət standartlarını pozan satıcılar üçün 10 min avro məbləğində cərimə nəzərdə tutulub.

Cəza tətbiqi ideyası satıcıların narazılığına səbəb olub. Onlar qeyd ediblər ki, sıxılmış havadan istifadə satıcının qeyri-peşəkarlığının göstəricisi deyil.

Bu ölkədə pis dondurma satmaq QANUNLA QADAĞAN OLACAQ“Pasta (makaron) və pizza ilə yanaşı, İtaliya dondurması da ölkəmizin qastronomik simvollarından biridir. Lakin qanunlarımız əllə hazırlanan dondurmanı və onun istehsalçılarını qorumur,” – deyə qanun layihəsinin tərəfdarlarından olan sosialist senator Rikkardo Nençini bildirib.

Qanun layihəsi, həmçinin, dondurmada təzə maddələri əvəzləyən süni aromatizatorlar, boyalar və hidrogenləşdirilmiş yağlar kimi müxtəlif alternativlərdən istifadəni də qadağan edir.

Bundan əlavə, dondurma istehsalçılarının sektoral qaydalarına əsasən, qarışıqda 30 faizindən çox hava olmamalıdır. Lakin bəzi satıcılar bu miqdarı 80 faizə çatdırır. Buna görə də parlament üzvləri onların hava satdıqlarını hesab edirlər.

Bu ölkədə pis dondurma satmaq QANUNLA QADAĞAN OLACAQ

Daha çox xəbərlər