Sosial 

Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq

Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala biosfer rezervatı yaradılacaq.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

V.Kərimov bildirib ki, biosfer rezervat qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: “Rezervatın ümumi ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərini əhatə edəcək”.

Daha çox xəbərlər