Sosial 

Avtobusların iştirakı ilə baş vermiş qəzaların sayı azalıb – RƏSMİ

“2020-ci ildə pandemiya dövründə Bakı şəhərində 413 milyondan çox sərnişin daşınıb. Son 5 il ərzində də 3,2 milyarddan çox səfər olub”.

ARANTV.AZ xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli məlumat verib.

O bildirib ki, 5 il ərzində dövlət tərəfindən aparılan islahatlar nəticəsində ictimai nəqliyyatda göstərilən xidmətin keyfiyyəti artırılıb:

“3 ildə avtobuslarla sərnişin daşıma 170 milyon nəfər artıb ki, bu da 27 faizdən çox artım deməkdir”.

V.Kərimli qeyd edib ki, 2019-cu illə müqayisədə ötən il avtobusların iştirakı ilə baş vermiş qəzaların sayı 21,2 faiz, ölüm halı 9 faiz, xəsarət alanların sayı 31,2 faiz azalıb”.

Daha çox xəbərlər