Sosial 

Azad Rəhimov vəfat edib? SON DƏQİQƏ

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb. 

ARANTV.AZ xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda A. Rəhimovun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.

Xatırladaq ki, Unikal.org nazirin müalicə olunduğu xəstəxanada dünyasını dəyişməsi ilə bağlı məlumat yayıb.

Daha çox xəbərlər