OPEC+ riski nəzərə almalıdır – “Wood Mackenzie”

OPEC+ riski nəzərə almalıdır – “Wood Mackenzie”

OPEC+ növbəti aylarda hasilatı mərhələli şəkildə artırmaq qərarına sadiqdir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu “Wood Mackenzie” şirkətinin vitse-prezidenti Anna-Luiza Hittl deyib.

O bildirib ki, OPEC+ qrupunun may-iyul ayları üçün hasilat səviyyəsini eyni saxlamaq tövsiyəsi təşkilatın mövcud riskləri balanslaşdırmaq cəhdləri ilə əlaqədar verilib.

“Wood Mackenzie” 2021-ci ildə qlobal neft tələbatının 6 milyon barel/sutka artacağını proqnozlaşdırır. 2020-ci ildə bu göstərici 10 milyon barel/sutka azalmışdı.

A.L.Hittl bildirib ki, OPEC+ may, iyun və iyul aylarında hasilatı qismən artıracaq:

“Bununla belə, təşkilat növbəti üç ay ərzində tələbin proqnozlaşdırılandan daha az artması riskini nəzərə almalıdır. Neft qiymətləri üçün daha bir risk İranın nüvə proqramı ilə danışıqlarına bərpa olunması ola bilər”.