Sosial 

Füzulidəki yataqların əksəriyyəti işğal dövründə istismar edilib – Xidmət rəsmisi

Füzuli rayonundakı yataqların əksəriyyəti işğal dövründə istismar edilib

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Ş.Ataşovun sözlərinə görə, Füzuli rayonunda dövlət və sahə balanslarında qeydiyyata alınmış 6 faydalı qazıntı – 2 mişar daşı, 1 qum-çınqıl, 2 gil və 1 yeraltı su yataqları mövcud olub.

Xidmət rəsmisi bildirib ki, işğaldan azad olunan ərazilərdə ümumilikdə 167 ədəd qeyri-filiz və inşaat materialları yataqları qeydə alınıb.

Daha çox xəbərlər