Dünya 

Zelenski Putinlə Vatikanda görüşmək istəyir

Ukrayna Prezidenti Vladimir Zelenski Vatikanın Rusiya lideri Vladimir Putinlə görüşmək üçün ən yaxşı yer olacağını hesab edir.

ARANTV.AZ virtuaorg.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski “La Repubblica”ya müsahibəsində deyib.

“Müqəddəs Taxt-Tac Donbas məsələsində dialoq üçün ideal yer ola bilər”, – deyən Zelenski Rusiya Prezidenti ilə görüşün mütləq şəkildə baş tutacağını düşünür.

“Bu, Donbasdakı müharibəni dayandırmaq və sülh prosesini başa çatdırmaq üçün vacibdir”, – Ukrayna Prezidenti bildirb.

Daha çox xəbərlər