Füzulidə “Köndələnçay-1″ su anbarına 1500 balıq körpəsi buraxılacaq
Füzuli rayonunda yerləşən “Köndələnçay-1” su anbarına ümumilikdə 1500 balıq körpəsi buraxılacaq.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev Füzuli və Xocavəndə səfər çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, balıqlardan 1000-i çəkikimi və 500-ü ağamur balıq körpələridir:
“Bu proses işğaldan azad olunan ərazilərdəki su hövzələrində balıqların təbii bərpasına, populyasiyasının çoxalmasına müsbət təsir göstərəcək”.

