Sosial 

Ermənilər Mincivanda ekoloji terror törədiblər

Bir qrup jurnalist Prezident İlham Əliyevin aprelin 26-da səfər etdiyi marşrut üzrə təşkil olunmuş media-tur çərçivəsində bu gün Zəngilan rayonunun Mincivan qəsəbəsində olublar.

ARANTV.AZ xəbər verir ki, media nümayəndələri ermənilərin işğal müddətində Mincivan qəsəbəsində törətdiyi vandallığı gözləri ilə görüblər. İşğalçılar uzun illər ərzində evləri, inzibati binaları, sosial obyektləri dağıdıb, söküb, oğurlayıb, torpaqları istismar edib, təbiətə külli miqdarda ziyan vurub, ekoloji terror törədiblər.

Mincivan dəmiryolu stansiyası da ermənilər tərəfindən dağıdılıb, xarabalığa çevrilib.

Daha çox xəbərlər