Dünya 

Rusiyada peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək

Rusiyanın Xabarovsk diyarında Pasxa bayramı ərəfəsində koronavirusa qarşı peyvənd olunan pensiyaçılara pulsuz yumurta veriləcək.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə diyarın Səhiyyə Nazirliyi bildirib.

Qeyd olunur ki, aprelin 29-30-da peyvənd olunacaq 60 yaşdan yuxarı şəxslərə 10 yumurta təqdim olunacaq.

Aksiya yerli quşçuluq müəssisəsinin dəstəyi ilə keçirilir.Ümumilikdə peyvəndləmə məntəqələrində 1400 pensiyaçıya yumurta veriləcək.

Daha çox xəbərlər