Balakəndə qayınata gəlininə təcavüz etdi: “Zorla taxtın üzərinə oturdub…” – Təfərrüat
Balakən rayonunda 1961-ci il təvəllüdlü Teymur Borboşov 2003-cü il təvəllüdlü gəlini Leylaya (ad şərti verilib – red.) təcavüz edib.
ARANTV.AZ Teleqraf.com-a istinadən bildirir ki, Teymur 2020-ci ilin fevralın ortalarındaoğlu Arif və gəlini Leylanın birlikdə yaşadıqları Balakən rayonu Şambul kəndində yerləşən evə gəlib. Giriş qapının qarşısında dayanıb, evdə tək olan Leyladan onu öpməsini tələb edib.
Qayınatadan gəlininə qarşı əxlaqsızlıq
Gəlin imtina etdikdə, onun qolundan tutaraq özünə tərəf çəkib, zorla qapının yanında olan taxtın üzərinə oturdub, ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.
Teymur 2020-ci ilin fevralın sonlarında saat 20 radələrində yenidən gəlinin yaşadığı evə gəlib. O, Leylanın evdə tək odun sobasının yanında, yerdə oturmasından istifadə edib, ona qarşı təkrar seksual xarakterli zorakılığa yol verib.
Növbəti dəfə gəlini ilə təklikdə olduğu zaman nahar etdikdən sonra masanın üzərindəki qabları yığışdıran Leylaya onunla cinsi əlaqədə olmağı təklif edib. Leyla onun əxlaqsız təklif və hərəkətləri barədə əri Arifə məlumat verəcəyini bildirib. Teymur evdən çölə çıxan gəlinin arxasınca həyətə gedib, bıçaqla onun üzərinə yeriyib. O, gəlinini qonşuluqda yaşayan kişi ilə cinsi münasibətdə olmaqda ittiham edib, mərhum arvadı Aybəniz kimi onu da öldürəcəyi ilə hədələyib.

