Dünya 

Bu şəhərdə kabab bişirmək QADAĞAN EDİLDİ

Mayın 1-dən etibarən Moskva və ətraf rayonlarda təbiət qoynunda, xüsusilə meşədə kabab bişirmək qadağan edilib.

ARANTV.AZ Lent.az-a istinadən xəbər verir ki, bununla bağlı federasiyanın Fövqəladə Hallar Nazirliyi rəsmi göstəriş verib.

Təbiətin yanğından mühafizə edilməsi məqsədini daşıyan qərara görə, rejimi pozanlar 2-4 min rubl arasında cərimə ediləcəklər.

Lakin vətəndaşlara şəxsi sahələrində müvafiq qaydalar gözlənilməklə, manqalda kabab bişirməyə icazə verilir.

Daha çox xəbərlər