Ceyhun Bayramova yeni müavin təyin olundu
Azərbaycan Xarici İşlər nazirinə yeni müavin təyin olunub.
ARANTV.AZ-ın Report-a istinadla məlumatına görə, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Elnur Məmmədov Xarici İşlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər Təhsil nazirinin müşaviri olub.

