Dünya 

Gürcüstanda koronavirusa yoluxanların sayı 310 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1476 yoluxma halı qeydə alınıb, 15 nəfər ölüb.

ARANTV.AZ  APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 310 310, xəstəlikdən ölənlərin sayı isə 4 110 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 290 767 nəfərin sağaldığı bildirilir.

Daha çox xəbərlər